Məhkəmə Rəşad Dağlı ilə bağlı qərar verdi - VİDEO (YENİLƏNİB)
4-03-2023, 13:08
15 594

Məhkəmə Rəşad Dağlı ilə bağlı qərar verdi - VİDEO (YENİLƏNİB)

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətinə uzadılıb.
"Unikal" xəbər verir ki, bu barədə Qaradağ Rayon Məhkəməsinin hakimi Günay Həşimovanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
***
Tanışını qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində seçilmiş həbs-qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı təqdimata baxılır.
Apa xəbər verir ki, Rəşad Dağlı Qaradağ Rayon Məhkəməsinə gətirilib.
Təqdimata hakim Gülnar Aslanova baxır.
Qeyd edək ki, Rəşad Dağlı tanışı -1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi bir neçə bıçaq zərbəsi ilə qətlə yetirməkdə ittiham olunur. Hadisə 4 ay əvvəl Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.
Rəşad Dağlı barəsində həbs qətimkan tədbiri seçilib. Meyxanaçı ilkin ifadəsində hadisəni təhqirə görə törətdiyini deyib.


Oxşar xəbərlər