Böyrəklərin xroniki xəstəliyi nədir? - CAVAB
9-03-2023, 12:12
8 531

Böyrəklərin xroniki xəstəliyi nədir? - CAVAB

Böyrəklərin xroniki xəstəliyi nədir? Xəstəliyin mərhələsini necə təyin etmək olar?
Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-nefroloq Hikmət İsmayılov danışıb. 
Onun sözlərinə görə, 3 aydan artıq davam edən böyrək zədələnməsi və funksiyasının azalması böyrəklərin xroniki xəstəliyi (BXX) adlanır:
"Xəstəlik 5 mərhələyə bölünür ki, bu da xəstənin müalicə taktikasına və son mərhələdə böyrək çatışmazlığı və ürək-damar ağırlaşmalarının inkişaf riskinə görə fərqlənir.
BXX-nin mərhələləri yumaqcıq filtrasiya sürətinə (YFS) əsasən müəyyən edilir. 1-ci və 2-ci mərhələlərdə xəstəlik demək olar ki, simptomsuz keçir. 3-cü mərhələdən artıq klinik təzahürlər aydın görsənir. 4-cü mərhələdə xəstə psixoloji baxımdan böyrək əvəzləyici müalicəyə hazırlanmalıdır.
5-ci terminal mərhələdə yumaqcıq filtrasiya sürəti 15 ml/dəq az olur. Xəstəyə dializ və ya böyrək transplantasiaysı məsləhət görülür. Uyğun donorun olduğu zaman preemtiv (dializə düşmədən) böyrək nəqli tövsiyə olunur".

Oxşar xəbərlər