Paytaxtda sıxlıq olan yollar - SİYAHI
10-03-2023, 10:28
2 470

Paytaxtda sıxlıq olan yollar - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
1. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. "20 Yanvar" dairəsində;
5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
6. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
8. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
9. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur

Oxşar xəbərlər