Azərbaycanda uşaqlar arasında bu xəstəliklər artıb
11-03-2023, 11:32
1 116

Azərbaycanda uşaqlar arasında bu xəstəliklər artıb

“Çox təəssüf ki, son zamanlarda autizm, uşaq serebral iflici, daun sindromu, həmçinin kiçik yaşda çox da ciddiyə alınmayan hiperaktivlik və diqqət əskikliyi halları artır".
APA xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Anar İsrafilov "Fərqli fərdlər" konqresində deyib. O bildirib ki, uşaqların cəmiyyətə adaptasiyasında rastlaşılan ən böyük çətinlik bullinqdir:
"Bullinqə məruz qalan uşaqlar emosional baxımdan özünə qapanan olurlar. Qeyd etdiyimiz həssas qrupun bullinqə məruz qalma riski isə yüksəkdir. Ona görə də valideynlər övladlarını sosial mühitə daha tez adaptasiya etməlidirlər".

Oxşar xəbərlər