Yüksək dağlıq ərazilərdə qarölçmə işləri aparılır - FOTOLAR
13-03-2023, 13:24
867

Yüksək dağlıq ərazilərdə qarölçmə işləri aparılır - FOTOLAR

Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Milli Hidrometeorologiya Xidmətinin mütəxəssis-hidroloqları tərəfindən ölkənin yüksək dağlıq ərazilərində qarölçmə işləri davam edir.
Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, Balakən rayonu ərazisində Balakənçayın hövzəsində, dəniz səviyyəsindən 1700-2200 metr yüksəklikdə və Zaqatala rayonu ərazisində Talaçayın hövzəsində, dəniz səviyyəsindən 1800-2000 metr yüksəklikdə ölçmə işləri artıq başa çatıb.
"Hazırda Zaqatala rayonu ərazisindən keçən Katexçayın hövzəsində qarölçmə işləri davam etdirilir."
  • Yüksək dağlıq ərazilərdə qarölçmə işləri aparılır - FOTOLAR
  • Yüksək dağlıq ərazilərdə qarölçmə işləri aparılır - FOTOLAR
  • Yüksək dağlıq ərazilərdə qarölçmə işləri aparılır - FOTOLAR

Oxşar xəbərlər