Əli Əsədov Kailaş Satyarti ilə görüşdü
13-03-2023, 16:35
6 830

Əli Əsədov Kailaş Satyarti ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov martın 13-də ölkəmizdə səfərdə olan Nobel sülh mükafatı laureatı Kailaş Satyarti ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə X Qlobal Bakı Forumunun önəmi vurğulanıb, çox sayda ölkədən tanınmış siyasi və ictimai xadimlərin burada iştirakı tədbirin nüfuzunun göstəricisi kimi dəyərləndirilib.
Nobel sülh mükafatı laureatı Kailaş Satyartinin 40 ildən çoxdur ki, dünya miqyasında uşaq əməyinin istismarına qarşı mübarizənin liderlərindən biri kimi fəaliyyəti yüksək qiymətləndirilib.
Eyni zamanda digər aktual mövzular ətrafında müzakirələr aparılıb.

Oxşar xəbərlər