Bu mesaj telefonunuza gəlibsə, təhlükədəsiniz! – YENİ DƏLƏDUZLUQ METODU
13-03-2023, 18:52
6 761

Bu mesaj telefonunuza gəlibsə, təhlükədəsiniz! – YENİ DƏLƏDUZLUQ METODU

Son zamanlar vətəndaşların telefon nömrələrinə naməlum nömrələrdən iş elanları göndərilir. Onlar işləmək istəyənlərə müraciət edirlər, ancaq bu işlərin nə qədər real olduğu sual altındadır.

 
Vətəndaşlara göndərilən iş elanında "Biz işə qəbul edirik! Mən ebay işə götürmə meneceriyəm və hazırda 100 onlayn part-time işçini işə qəbul edirik. Ev telefonu ilə işləyərək, ebay onlayn mağazasına sifarişlərin yerinə yetirilməsinə köməklik göstərərək, rahatlıqla gündə 50-300AZN qazanıb, günün ödənişini ala bilərsiniz. İştirak etmək üçün 20 yaşdan yuxarı olmalısınız, tələbələr iştirak edə bilməz.), - deyə bildirilir.

Saytımıza gələn bir neçə müraciətdə bildirilib ki, elanı göndərən şəxslər işə qəbuletmə adı altında kart hesabı tələb edərək, daha sonra həmin hesabdan müəyyən məbləğdə pul çəkirlər.

Məsələ ilə bağlı mütəxəssislər bildirir ki, bu cür elanlar kütləvi hal alıb və dələduzluq məqsədi daşıyır. Eyni zamanda vətəndaşların bu cür elanlara inanmaması tövsiyə edilir.

AZXEBER.COM olaraq elanda başqa ölkələrin kodları ilə göndərilən nömrələr vasitəsilə ilə "şirkət”lə əlaqə saxlamağa çalışdıq. Özünü şirkət nümayəndəsi kimi təqdim edən şəxs şirkətlə bağlı ətraflı məlumat verməkdən yayınaraq əməkdaşımızın suallarını cavabsız qoydu.

Qeyd edək ki, son illər Azərbaycanda bu cür dələduzluq üsullarının sayı artmaqdadır. Rəsmi qurumlar buna görə də, dəfələrlə vətəndaşları daha diqqətli olmağa, kart hesablarını heç kimə göndərməməyə, sizə göndərilən mənşəyi bəlli olmayan linklərə daxil olmamağa səsləyib.

Oxşar xəbərlər