Bakıda hipermarketə silahlı hücum zamanı yaralanan şəxsin vəziyyəti AÇIQLANDI
14-03-2023, 14:07
1 093

Bakıda hipermarketə silahlı hücum zamanı yaralanan şəxsin vəziyyəti AÇIQLANDI

Bakıda hipermarketə silahlı hücum zamanı yaralanan Samir Şeydayevin vəziyyəti qənaətbəxşdir.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Liv Bona Dea Hospital”nın mətbuat xidmətindən məlumat verilib.
Hospitalın baş həkimi Cabir Gülmalıyev bildirib ki, Samir Şeydayev martın 4-də ağır vəziyyətdə “Liv Bona Dea Hospital”a köçürülüb və reanimasiya şöbəsinə yerləşdirilib:
“Süni tənəffüs aparatı ilə təmin olunduqdan sonra müvafiq müalicəyə başlanılıb və həkimlərin səyi nəticəsində müalicə fonunda xəstənin vəziyyəti qənaətbəxş hesab edilib. Xəstə süni tənəffüs aparatından ayrılıb və martın 8-də palataya köçürülüb. Hazırda müalicəsi davam etdirilir”. 

Oxşar xəbərlər