Elzayla Elgiz efirdə dalaşdı
14-03-2023, 16:02
6 901

Elzayla Elgiz efirdə dalaşdı

Aparıcı Elgiz Əkbərlə Əməkdar artist Elza Seyidcahanın efirdə sözü çəp gəlib.
OLAY yazır ki, buna səbəb Elgizin Seyidcahanla bağlı bəzi açıqlamaları olub. Belə ki, aparıcı bəstəkarla veriliş apardığı vaxtlardan danışıb:
“Elzayla iki gün veriliş apardıq. Üçüncü gün tamaşaçı dedi ki, biz infarkt olma dərəcəsinə çatırıq.  İkimiz də çox danışanıq. Məsələn, Elgiz gəldi, dedi ki, külək əsir. Elza da iki saat küləkdən danışırdı.  Özü çalıb, özü danışırdı. Mən də dedim ki, daha nə işim var. Bir dəfə də konsertə gedirdik, mən aparıcı idim, 3-4 də sənətçi var idi. Mən qabaqda əyləşmişdim, Elza da arxada. Elza danışır, danışır, gəlinliyindən, necə ərə gedib, necə tanış olub, sonra birinci gün buna süd veriblər, onu qoyub ocağın üstünə, süd daşıb və sairə... Maraqlı danışırdı. Bir də saata baxdım, axı biz iki saata çatmalıydıq, dörd saatdır yoldayıq. Sən demə, rayon qalıb qərbdə, biz də Lənkərana gedib çıxmışıq. Hələ İran sərhədində idik”.

Elza isə Elgizin hər şeyi fərqli danışdığını bildirərək ona etiraz edib:
“Bir var boş-boş danışasan, bir də var məntiqli. Məcburi insanlar qulaq asır ki, görəsən, nəsə deyəcək. Hər şeyi tərsinə danışdı. Qınamıram verilişə o qədər adam gəlir ki, qarışdırırsan. Biz qayıdanda yolda problem oldu, gecə idi, danışmaq lazımdır ki, sürücü yatmasın. Dünəndən xalçaları qapıma sərmisən ki, gəl verilişimə, indi də belə danışırsan. Orada hamı danışırdı, mən də bir kəlmə dedim. Xətrimə dəyirsən, verilişindən gedərəm”.
Bundan sonra tərəflər mübahisəyə son qoyaraq barışıblar.  

Oxşar xəbərlər