Türkiyə səfiri videosu ilə məşhurlaşan İbrahimlə görüşdü
15-03-2023, 15:25
7 324

Türkiyə səfiri videosu ilə məşhurlaşan İbrahimlə görüşdü

Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı 13 yaşlı İbrahim Zeynalovla görüşüb.
Diplomat bu barədə tvitterdə yazıb.
“Eşitdim ki, hüquqşünas olmaq istəyir. Ona uğurlar arzulayırıq. Təhsilinə hər zaman dəstək verməyə hazır olduğumu söylədik”, - səfir bildirib.
Qeyd edək ki, bu günlərdə Xınalıqda yaşayan 13 yaşlı İbrahim Zeynalovun polşalı turistlə ingilis dilində dialoqu sosial şəbəkələrdə paylaşılıb.



Oxşar xəbərlər