İdxal edilən pomidor toxumunda zərərli orqanizm aşkarlandı
17-03-2023, 14:36
949

İdxal edilən pomidor toxumunda zərərli orqanizm aşkarlandı

İdxal edilən pomidor toxumunda zərərli orqanizm aşkarlanıb.
AQTA xəbər verir ki, idxalatçı şirkətin müraciəti əsasında Türkiyə Respublikasından idxal olunan “Azilaqro” MMC-yə məxsus 50 qram pomidor toxumundan AQTA əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində qonurqırışıqlıq virusu aşkarlanıb.
Məlumata görə, faktla bağlı karantin tətbiq olunan zərərli orqanizmlə sirayətlənmiş toxum barədə məhsulların zərərsizləşdirilməsi, məhv edilməsi və ya geri qaytarılması barədə qərarlar qəbul olunub, məhsul partiyası məhv edilib.

Oxşar xəbərlər