Bakıda bazarda cibgirlik edən tutuldu
17-03-2023, 14:52
931

Bakıda bazarda cibgirlik edən tutuldu

Bakıda telefon oğurlanıb.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, martın 9-da Nizami rayonu ərazisindəki bazarda Bakı şəhər sakini R.Əsədovun mobil telefonunun oğurlanması barədə polisə məlumat daxil olub.
Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş M.Şəfiyev müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onun rayon ərazisində daha bir qadının mobil telefonunu cibgirlik yolu ilə oğurlaması da müəyyən olunub.

Oxşar xəbərlər