Zaqatalada itlər güllələnib? - Polis hərəkətə keçdi
17-03-2023, 15:53
7 101

Zaqatalada itlər güllələnib? - Polis hərəkətə keçdi

Zaqatalada küçə itlərinin güllələnib öldürülməsi ilə bağlı sosial şəbəkədə görüntülər yayılıb.
Rayon sakini Nərmin Ramazanova sosial şəbəkədə video paylaşaraq, itlərin öldürüldüyün iddia edib. O, hadisənin baş verdiyi ərazini həmin videoda lentə alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, martın 15-də “102” Xidməti-Zəng Mərkəzinə müraciət edən rayon sakini Nərmin Ramazanova Əliabad qəsəbəsi ərazisində itlərin öldürülməsi barədə məlumat verib:
"Polis əməkdaşları tərəfindən həmin yerə baxış keçirilən zaman qan izlərinə bənzər ləkələr aşkarlansa da, lakin it cəsədlərinə rast gəlinməyib. Hazırda daxil olmuş müraciət əsasında rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Kamera görüntülərinə gəlincə isə polis əməkdaşı tərəfindən deyil, obyekt sahibi tərəfindən onlara həmin görüntülərə baxılmasına, eləcə də köçürülməsinə icazə verilməyib. Bundan sonra N.Ramazanova orada ictimai asayişi pozmağa yönələn hərəkətlərə yol verdiyi üçün mağazanın işçisi, qadının əməlləri barədə polis şöbəsinə şikayət məzmunlu ərizə ilə müraciət edib. Həmin müraciət üzrə də araşdırmalar aparılır".

Oxşar xəbərlər