Xalq artisti pilates etdiyi anları paylaşdı
18-03-2023, 13:12
12 700

Xalq artisti pilates etdiyi anları paylaşdı

Xalq artisti Məleykə Əsədova pilates etdiyi anları paylaşıb.
OLAY yazır ki, aktrisa instaqram istifadəçiləri ilə sağlam və gözəl qalmağın sirlərini bölüşüb:
“Əzizlərim, çox sual verirsiz ki, necə edirsiz belə cavan və gözəl qalırsız. Gözəllik öncə daxildən gəlməlidir, zehninizi və düşüncələrinizi sağlam saxlayın!

Dediqodudan uzaq olub, Allahın bəxş etdiyi hər saniyəyə şükür edib işinizlə, ailənizlə ,məşğul olub, təbiətdə, ətrafımızda olan gözəllikləri görə bilsək, üzümüzə nur gələcək! Gözəllik keçicidir, nur qalıcıdır! Sağlamlıq gözəllikdir! İdman isə sağlamlıqdır. İnsanın ruhuna da təsir göstərir! Könlümüzü, ruhumuzu gözəl niyyətlərlə saflaşdıraq. Həyatın bəxş etdiyi hər bir gözəlliyi görə bilək! Ömür çox qısadır, Allahın bəxş etdiyi ömrü neqativlərdən uzaq olub. Saf düşüncələrlə öz həyatımızı yaşayaq!”.

Oxşar xəbərlər