Xatirə ilə Vasif küsülüdür?
18-03-2023, 14:46
34 838

Xatirə ilə Vasif küsülüdür?

Duet ortaqları Xatirə İslam və Əməkdar artist Vasif Məhərrəmlinin yeni tərəf müqabilləri ilə çxıış etmələri diqqət çəkib.
OLAY yazır ki, bununla bağlı “Günaydın Azərbaycan” verilişində qonaq olan Məhərrəmliyə sual ünvanlanıb.
Belə ki, Rahidə Baxışova ilə duet oxuyan Vasifə Xalq artisti Fatma Mahmudova “Bəs Xatirə xanım haradadır?Hara gedib? Rahidəni tanımadım. Dedim, Vasif müəllim yeni duet ortağı tapıb özünə”, - deyə, bildirib.

Bundan sonra aparıcı Xoşqədəm Hidayətqızı da eyni sualı verib və onların küsülü olub-olmadıqlarını soruşub.
“Xatirə xanım evlərindədir. Münasibətimiz əladır. İndi Rahidə ilə oxumağa keçmişik. Qətiyyən. Ola bilməz. Xatirədən niyə küsüm? O da bizim gənc dostumuzla duet oxudu. Hər kəsə düşərli olsun”, - deyə, Vasif cavab verib.

Oxşar xəbərlər