Azərbaycanda iti avtomobilin arxasına bağlayaraq sürüyən şəxslə bağlı araşdırma başladıldı - YENİLƏNİB
22-03-2023, 14:51
7 239

Azərbaycanda iti avtomobilin arxasına bağlayaraq sürüyən şəxslə bağlı araşdırma başladıldı - YENİLƏNİB

“Hazırda həmin avtomobilin sürücüsünün müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir”.
Bu sözləri DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-ın Gəncə-Şəmkir yolunda qeydə alınmış insanlığa sığmayan görüntülər barədə sorğusuna cavab olaraq bildirib.
“Görüntülərlə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
12:49
Bu gün insanlığa sığmayan görüntülər Baku.ws-in qaynar xəttinə göndərilib.
Baku.ws xəbər verir ki, göndərilən video Gəncə-Şəmkir yolunda çəkilib.
Videodan da göründüyü kimi iti avtomobilin arxasına bağlayıblar və sürüyürlər.



Oxşar xəbərlər