"Oqtay Əliyevin dəfn yerinin dəyişdirilməsini ailəsi istəyib" - Nazirlik
23-03-2023, 12:26
1 799

"Oqtay Əliyevin dəfn yerinin dəyişdirilməsini ailəsi istəyib" - Nazirlik

Ailəsinin müraciəti əsasında əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin "Qurd qapısı" qəbiristanlığında dəfn olunması təmin edilib.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. 
"Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dəfni ilə bağlı bildiririk ki, ailəsinin müraciəti əsasında Mədəniyyət Nazirliyi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə bu gün saat 13:00-da "Qurd qapısı" qəbiristanlığında dəfn olunması təmin edilib" - məlumatda bildirilib.

Oxşar xəbərlər