Sağlam qidalanmanın xəstəliklərə qarşı faydaları
28-03-2023, 18:58
6 434

Sağlam qidalanmanın xəstəliklərə qarşı faydaları

Sağlam qidalanma xroniki xəstəlik riskini azaldır.
İnsanın hansı pəhrizə riayət etməsindən asılı olmayaraq, ona riayət etmək xəstəliyin yaranma ehtimalını aşağı salır. 
İnsanların bitki əsaslı yeməkləri qəbul etməsi xəstəliklərin qarşını alan mühüm addımlardan biridir. Əsasən də bu yaz aylarında göyərti, tərəvəz kimi qidalardan istifadə etmək sağlamlığınıza, gümrahlığınıza çox kömək edəcək. Yağlı yeməklərdən uzaq durun və təbii mənşəli tərəvəzlərin istehlakına üstünlük verin. Qəhvə və ya şərab kimi içkilərdən isə həddindən artıq çox istifadə etmək olmaz. 
Bəzi qida qrupları var ki, onların çox istehlak edilməsi sağlamlığa ciddi ziyan vurur. Məsələn, emal olunmuş ət, enerji içkiləri, qırmızı ət, kartof qızartması və yumurta kimi qidalar ümumi xroniki xəstəlikləri artıran amillər arasındadır. 

Oxşar xəbərlər