Cəmiyyət
30-03-2023, 10:41
1 043
Azərbaycanda buraxılış ili 10 ildən çox olan maşınların sayı AÇIQLANDI
"2023-cü ilin əvvəlinə ölkəmizdə 1645,3 min ədəd avtomobil qeydiyyatda olub. Son bir ildə onların sayı 78,5 min ədəd artıb".
Bunu Dövlət Statistika Komitəsinin sədrinin müavini Yusif Yusifov deyib.
Onun sözlərinə görə, bütün avtomobillərin 86,3 faizi və ya 1419,9 min ədədi minik avtomobilləridir ki, onların da 240,2 min ədədinin buraxılış ili 10 ilədək, 1179,7 min ədədinin buraxılış ili 10 ildən çoxdur.
"Minik avtomobillərindən 30163 ədədi hibriddir. Elektrik mühərrikli minik avtomobillərinin sayı isə 570 ədəd təşkil edir", - deyə sədr müavini bildirib.