“Artıq Laçın dəhlizi yoxdur“ - Elman Nəsirov
30-03-2023, 18:28
6 334

“Artıq Laçın dəhlizi yoxdur“ - Elman Nəsirov

4 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərdə məskunlaşma prosesinə başlanılıb. Zəngilanın İkinci Ağalı kəndindən sonra Tərtərin işğaldan azad edilmiş Talış kəndində normal həyatın bərqərar olması məcburi köçkünlərin tezliklə öz yurdlarına qayıdacağı ilə bağlı inamı daha da gücləndirib.
Azərbaycan Ordusunun ard-arda həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində separatçıların əl-qolunun bağlanması, mühüm strateji yüksəkliklərin nəzarətə götürülməsi Böyük Qayıdışa olan inamı bir qədər də artırır.
Müdafiə Nazirliyin bu gün yaydığı məlumatda da qeyd olunub ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib ki, Müdafiə Nazirliyi bu məsələ ilə bağlı ətraflı məlumat veribdir:
“Bu ərazilər Laçın rayonuna bağlıdır. Sadəcə olaraq, ermənilər həmin ərazilərdən öz məqsədləri üçün istifadə edirdilər və gizli yollarla Ermənistanla Xankəndi arasında əlaqə yaradıb silah-sursat, habelə cinayətkarların gediş-gəlişi üçün istifadə edirdilər.
Təbii ki, bu, belə olmamalı və biz ərazilərimizin hər qarışını nəzarətdə saxlamalıyıq. Növbəti addımımız da bu məqsədlə atılıb və mühüm strateji əhəmiyyət kəsb edən yüksəkliklər nəzarətə götürülüb. Oranın isə Ermənistana və başqa bir dövlətə heç bir aidiyyəti yoxdur”.
E. Nəsirovun sözlərinə görə, burada heç kim tərəfindən mandat verilməyən və özlərini “sülhməramlı” adlandıran, həqiqətdə isə Rusiyaya məxsus məxsus olan bir kontingent bu məsələ ilə bağlı narahatlıq keçirir:
“Guya ki, 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasında 5 km enində olan bir əraziyə bunlar nəzarət etməli idi. Ancaq belə bir şey yoxdur. Artıq Laçın dəhlizi də yoxdur. Sadəcə olaraq Ermənistandan Azərbaycan ərazilərinə keçib Xankəndiyə gələn bir yol var, bu da Azərbaycan ərazisidir və nəzarətimizdədir. Yaxın günlərdə də Azərbaycan özünün sərhəd-keçid məntəqəsini həmin yerlərdə qoyacaq.
Bundan kənar yerlərdə separatçıların istifadə etdiyi cürbəcür və müxtəlif tipli yollar var. Düşmən də məharətlə bu yollardan istifadə edirdi. Ordumuz həmin yüksəklikləri nəzarətə götürüb və artıq o yollar və keçidlər ordumuzun nəzarətindədir və bu, belə də olmalıdır”.

Oxşar xəbərlər