Bu restoranlarda nöqsanlar aşkarlandı - SİYAHI
31-03-2023, 18:51
6 921

Bu restoranlarda nöqsanlar aşkarlandı - SİYAHI

Martın 30-da Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 1 ticarət müəssisəsi, o cümlədən 11 aptek və 11 ictimai iaşə müəssisəsində monitorinqlər həyata keçirilib.
Ümumilikdə 15 müəssisədə nöqsanlar müəyyən olunub. 
Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 7, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 5, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 1, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 1, məhsulun içlik vərəqəsi ilə üzərində qeyd olunan məlumat arasında uyğunsuzluqla bağlı 1 nöqsan aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
Sahibkarlıq subyektiÜnvanAşkar olunan nöqsanlar
Apteklər
1"Dokta Sahib" aptekXaçmaz şəhəri, N.Nərimanov küçəsi1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı                                                                         
2"Şöhrət-A" MMC-yə məxsus aptekŞamaxı şəhəri, N.Nərimanov küçəsiObliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3"Dokta" aptekŞamaxı şəhəri, N.Nərimanov küçəsiObliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
4"Dokta" aptekŞirvan şəhəri, 20 Yanvar küçəsi, ev 26AMəhsulun içlik vərəqəsi ilə üzərində qeyd olunan məlumat arasında uyğunsuzluq
5"Zeytun Pharmaceuticals" MMC-yə məxsus aptekQəbələ rayonu, Zarağan kəndiQida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
6"Dokta" MMC-yə
məxsus aptek
Zaqatala şəhəri, F.Əmirov küçəsiQida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
7"BioFarm" MMC-yə məxsus aptekZaqatala şəhəri, Ş.Qurbanov küçəsiQida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
İctimai iaşə müəssisələri
8"La Villa" restoranıSabunçu rayonu, Bakıxanov ştq, Y.Əliyev küçəsi, ev 961.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
9"Black Lounge"Yasamal rayonu, A.Şaiq küçəsi, ev 2411.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
10"Meduza" restoranıYasamal rayonu, B.Bağırova küçəsi, ev 2A1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
11"Second Cup" kafesiYasamal rayonu, A.Şaiq küçəsi, ev 216Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
12"Sədi" kafesiGəncə şəhəri, Təbriz küçəsiBaytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
13"Yeni Həyat" kafesiGəncə şəhəri, H.Əliyev prospekti, ev 5ABaytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
14 "Qırmızı" kafesiGoranboy rayonu, Qızılhacılı qəsəbəsi1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
15"Palma" kafesiNaftalan şəhəri, Şirvan prospektiBaytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
  

Oxşar xəbərlər