DAŞKƏSƏNƏ GÜCLÜ QAR YAĞIR
1-04-2023, 14:28
16 826

DAŞKƏSƏNƏ GÜCLÜ QAR YAĞIR

Yazın gəlməsinə baxmayaraq, martın 30-u gecə saatlarından başlayaraq Daşkəsən rayonuna artıq iki gündür, güclü qar yağır, şaxtalı qeyri-sabit hava şəraiti davam edir.
Yağan qarın qalınlığı Daşkəsən rayon mərkəzində 5-10 santimetr, daha yüksəklikdə yerləşən Çıraqlı, Əmirvar, Zinzahal, Qabaqtəpə, Astaf, Alaxançallı, Qaraqullar kimi dağ kəndlərində 15-20 santimetrə çatıb. 
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının tapşırığına uyğun olaraq, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün ərazilərə qum-duz qarışığı səpilir.
Qazın, işığın və içməli suyun verilişində heç bir problem yoxdur. 

Elmar Əliyev – Vüqarlı 
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini




Oxşar xəbərlər