Cəmiyyət
6-04-2023, 17:24
6 735
Şagirddə vərəm aşkarlandı - Sinif yoldaşlarına peyvənd vuruldu
31 mart 2023-cü il tarixində Bakı şəhəri 136 nömrəli tam orta məktəbin 8 ç sinif şagirdində (müəyyən səbəblərdən şagirdin adı qeyd olunmur) vərəm xəstəliyi aşkarlanıb.
Məktəbdən verilən xəbərə görə, məktəbli martın 10-dan dərs prosesində iştirak etməyib.
X sinifdə oxuyan bacısı isə 31 mart tarixindən etibarən məktəbə gəlmir.
Xəzər Rayon Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən sinifdə dezinfeksiya işləri aparılıb. Həmçinin şagirdin sinif yoldaşlarına peyvənd vurulub.