Məşhur şair Günay İbrahimlini müdafiə etdi
8-04-2023, 10:47
17 844

Məşhur şair Günay İbrahimlini müdafiə etdi

“Son vaxtlar şou xəbərlərə, proqramlara çox baxır, dəb jurnalları, moda portalları oxuyur, sarı medianı yaxından izləyirəm.  “Mahnılarımız manitorinq aynasında” adlı hesabat tədbiri keçirilib. Faydalı işdir, alqışlayıram”. 
Bunu şair Şəhriyar Del Gerani sosial şəbəkədə yazın. O, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin zərərli vərdişləri təbliğ edən mahnıların yayımladığı siyahıya münasibət bildirib:
“Di gəl, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısını açıqlayanda azacıq tələskənliyə yol vermiş. 
Nə etmiş? Müğənni Günay İbrahimlinin “O kimdi ki?!” adlı mahnısını da o bayağı, o banal listə qeyd etmiş. Təəssüf edirəm. 
Günay xanımın adıkeçən mahnısına qulaq asdım. Düzü, mahnı zövqümcə olmasa da, sadalanan mənfiliklərə “cavab vermir”. Düşünürəm, bu, Günay İbrahimliyə qarşı haqsızlıqdır. Belə işlərdə olduqca həssas, obyektiv olmaq lazım. Günay xanımın adıçəkilən mahnısı musiqi və mətn sarıdan zəif olsa da, ifaçı peşəkarlıqla oxumuş. Normal xəlqi mahnıdır. Heç bir zərərli tərəfini görmədim. Linki şərh bölümündə paylaşacam, dinləyib qərar verərsiniz. Düzü, o siyahıda Günay xanımın adının olması, nə gizlədim, təxribata da oxşadı. DDK söhbətə aydınlıq gətirsə, yaxşı olar”. 

Oxşar xəbərlər