Bakıda xaos yaradan tələbə xəstəxanaya yerləşdirildi - VİDEO (YENİLƏNİB)
10-04-2023, 11:28
982

Bakıda xaos yaradan tələbə xəstəxanaya yerləşdirildi - VİDEO (YENİLƏNİB)

Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının Xüsusi taqımının əməkdaşları “Kia Optima” markalı avtomobilin sürücüsünü təhlükəsizlik kəmərini bağlamadığı üçün saxlayıb. Sənədlərin yoxlanılması zamanı sürücü, Şəmkir şəhərində qeydiyyatda olan 21 yaşlı İmran Bayramovun davranışlarında narkotik vasitənin təsirindən yaranan sərxoşluq vəziyyətinin əlamətləri müşahidə olunduğundan onun tibbi müayinədən keçməsi təmin edilib.
Müayinə zamanı İmran Bayramovun kirayələdiyi avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunduğundan barəsində qanunamüvafiq tədbirlər görülüb.
Bununla yanaşı, saxlanılan avtomobilin yük yerindən ayrı-ayrı qablaşdırılmış ümumi çəkisi 1 kiloqram olan iki bükümdə narkotik vasitəyə bənzər maddə aşkar olunduğundan həmin nəqliyyat vasitəsində sərnişin qismində gedən Bakı şəhər sakini Orxan Gəncəliyev və Masallı rayon sakini Gülər Abdinova ərazi aidiyyəti üzrə Sabunçu Rayon Polis İdarəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
 
***
Xəbər verdiyimiz kimi, dünən Bakının müxtəlif küçə və prospektlərində avtomobili arxa-arxaya idarə edərək yolda digər sürücülər üçün təhlükəli vəziyyət yaradan və sonda yol nəqliyyat hadisəsi törədən 20 yaşlı sürücü Rauf Cabbarbəyli saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Raul Cabbarbəylinin hadisə törədilən zaman psixi pozuntu vəziyyətində olduğu həkim rəyi əsasında müəyyən edilib.
Məlumata görə, o, hazırda həkim nəzarətindədir


Oxşar xəbərlər