Cəmiyyət
12-04-2023, 13:04
419
Ermənistanın təxribatının arxasında kimlər dayanır?
Aprel ayının 11- i saat 16:20 radələrində Ermənistan Silahlı Qüvvələri Gorus rayonunun Dığ yaşayış məntəqəsindən Azərbaycanın Laçın rayonu istiqamətində yerləşən mövqelərinə qarşı iriçaplı silahlardan istifadə etməklə güc tətbiq ediblər. Hərbi aventuraya imza atıblar. Növbəti hərbi insident törədiblər. Üç nəfər Şəhidimiz var. Azərbaycan Silahlı Qüvvələri Ermənistandan qisasını alıb. Ermənilər döyüş meydanında çoxsaylı itkilərə məruz qalıblar. Ermənistanın bu təxribatının arxasında kimlər dayanır?
News365.az saytına açıqlama verən millət vəkili Elman Nəsirov bildirir ki, ilk növbədə Ermənistan iqtidarı bu hərbi təxribatda maraqlı idi: “Ona görə ki, Paşinyan sülh müqaviləsi imzalamaq istəmir və ya prosesi maksimum uzatmaq istəyir. Bir yandan Ermənistan mətbuatı yazır ki, Vaşinqtonda Azərbaycan və Ermənistan siyasi liderlərinin görüşü olacaq. Belə olan vəziyyətdə Ermənistanın sınaqdan keçirdiyi taktika var. Danışıqlarda fundamental məsələlərə kölgə salmaq və ikinci dərəcəli məsələləri gündəmə gətirmək. Fundamental məsələlər iki dövlət arasında sərhədlərin demarkasiya və delimitasiya məsələləri, Zəngəzur dəhlizinin işə salınması və sülh müqaviləsinin şərtləri ətrafında danışıqlar ola bilərdi. Ermənistan hərbi təxribata imza atmaqla bu sadalananların deyil, məhz atəşkəsin bərpası, insidentlərin qarşısının alınması, gərginliyin aradan qaldırılması məsələlərinin müzakirəsinə nail olmaq istəyir. Bununla yanaşı Paşinyana daxili təyziqlər var. Onu satqın adlandırırlar. Paşinyan bu tip təxribatlarla onu göstərməyə çalışır ki, onun kompromisə getmək niyyəti yoxdur. Bununla o ictimai rəyə təsir göstərməyə çalışır. Məqsəd öz iqtidarının ömrünü uzatmaqdan ibarətdir”.
Millət vəkili bildirir ki, Ermənistana bu missiya üçün ikitərəfli dəstək verilib:
“Birincisi, İranın dəstəyidir. Paşinyan bilir ki, İran – Azərbaycan münasibətlərində gərginlik və ziddiyyətlər var. Belə olan halda İran Ermənistanın yanında dayanacaq. Ermənistanı İrandan aldığı PUA-lar da ürəkləndirib. Ermənistan bu hərbi təxribatı həyata keçirərkən İran istehsalı olan PUA- lardan da istifadə edib. Həm də Ermənistan – Azərbaycan sərhəddi boyunca İran PUA- larının kəşfiyyat uçuşları keçirdiyi də bəlli olub. Bu uçuşların nəticəsində əldə olunan məlumatlar Ermənistana göndərilib. İkincisi, Ermənistanı ürəkləndirən iki il müddətində Ermənistana gəlmiş Avropa İttifaqının mülki missiyasıdır. 100 nəfərlik heyətin gözü qarşısında Ermənistan bu təxribata imza atıb. Missiyanın hesabatında Ermənistanı müdafiə edən bəndlər yer alacaq. Bunlar da Ermənistanı hərbi təxribatlara şərtləndirir”.
Millət vəkili Şəhidlərimizə Allahdan rəhmət diləyib və qeyd edib ki, Ermənistanın bu addımları regionda ciddi katakrizmlərə yol aça bilər:
“Yenə də Azərbaycan Ordusu Ermənistana sarsıdıcı zərbələr endirdi. Ermənistan gözəl bilir ki, onun Azərbaycanla müharibə etməyə gücü yoxdur. Ancaq belə təxribatlara əl ata bilir, bunlar da tezliklə məhdudlaşacaq. Ermənistan unutmasın ki, Azərbaycan Ali Baş Komandanının və Ordumuzun da bir səbrinin həddi var. Unutmasınlar ki, ” Dəmir Yumruq” yerindədir “,-deyə millət vəkili vurğulayıb.