Cəmiyyət
12-04-2023, 15:13
1 095
Ermənistan təxribatlarının arxasındakı qüvvələr – “Dəmir yumruq” yerindədir
“Aprelin 11-də saat 16:20 radələrində Ermənistan silahlı qüvvələri Gorus rayonunun 40 yaşayış məntəqəsi istiqamətindən Azərbaycanın Laçın rayonundakı hərbi mövqelərinə qarşı iri çaplı silahlardan istifadə edərək güc tətbiq ediblər, növbəti hərbi insident törədiblər. Bizim üç şəhidimiz var. Azərbaycan silahlı qüvvələri Ermənistandan qisasını alıb”.
Bunu millət vəkili Elman Nəsirov deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfi yenidən döyüş meydanında çoxsaylı itkilərə məruz qalıb:
“Hesab edirəm ki, Ermənistan iqtidarı özü bu təxribatda maraqlı idi. Çünki Paşinyan sülh müqaviləsi imzalamaq istəmir və ya prosesi uzatmaq niyyətindədir. Bir yandan da Ermənistan mətbuatı yazır ki, Vaşinqtonda Azərbaycan və Ermənistan siyasi liderlərinin görüşü olacaq. Belə olan vəziyyətdə Ermənistan tərəfinin işlətdiyi bir taktika var: danışıqlarda fundamental məsələlərə kölgə salmaq və ikinci dərəcəli məsələləri gündəmə gətirmək. Fundamental məsələlər iki dövlət arasında sərhədlərin delimitasiya və demarkasiyası, Zəngəzur dəhlizinin işə salınması, sülh müqaviləsinin bəndlərininrazılaşdırılması ətrafında ciddi danışıqlar məsələsi ola bilərdi. Lakin Ermənistan belə təxribatlara imza atmaqla, əslində bütün sadalananların deyil, məhz atəşkəsin bərpa edilməsi, hərbi insidentlərin baş verməməsi kimi məsələlərin müzakirəsinə nail olmaq istəyir”.
E.Nəsirov qeyd edib ki, yəni ermənilərin istəyi əsas məsələləri kənarda qoymaqdır:
“Bundan əlavə, Paşinyana ölkə daxilində çox ciddi təzyiqlər var. Ona hər zaman “satqın”, “kapitulyant” deyirlər. Paşinyan belə hərbi təxribatlara imza atmaqla demək istəyir ki, onun güzəştə getmək niyyəti yoxdur, iddihamlar əsassızdır. Yəni məqsəd öz iqtidarının müddətini uzatmaqdır”.
Müsahibimizin fikrincə, bu təxribat üçün Paşinyana iki tərəfdən dəstək olub: “Onlardan biri İrandır. Çünki Ermənistan tərəfi Azərbaycan və İran arasında son günlər gərginliyin olduğunu bilir. Görünən odur ki, Ermənistanın İrandan aldığı PUA-lar da onları ürəkləndirib. Bundan əlavə, İran PUA-larının sərhəd sonasında kəşfiyyat uçuşları həyata keçirdiyi də bəllidir. Deməli, şəksiz-şübhəsiz İran PUA-larının apardığı kəşfiyyatlar Ermənistana ötürülüb”.
Deputata görə, Ermənistanı ikinci ürəkləndirən, ona dəstək verən tərəf isə, yəqin ki, iki il müddətinə Ermənistana gələn Avropa İttifaqının siyasi-hərbi missiyasıdır: “Ermənistan bu təxribatları həmin missiyanın gözü qarşısında edib. Çox güman ki, onların hesabatlarına Ermənistanı müdafiə tipli bəndlər salacaqlar”.
Nəsirovun dediyinə görə, Ermənistan yenə öz təxribatının qurbanı oldu. “Azərbaycan Ordusu yenə də onlara sarsıdıcı zərbələr endirdi. Ermənistan yaxşı bilir ki, Azərbaycanla müharibə edə bilməz. Onlar ancaq hərbi təxribatlara əl ata bilər ki, qarşısında da cavablarını alacaqlar. Onlar unutmasınlar ki, “Dəmir yumruq” yerindədir”, – deyə Elman Nəsirov vurğulayıb.