Mərhum Tünzalə Əliyevanın qızı seriala çəkilir
12-04-2023, 16:06
6 121

Mərhum Tünzalə Əliyevanın qızı seriala çəkilir

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın azyaşlı qızı Zəhra seriala çəkilir.
Bu barədə aktrisa Xuraman Əlizadə məlumat verib.
O bildirib ki, Zəhra bir vaxtlar anasının rol aldığı "Qaratikan" serialında oynayacaq.
"Sabahəli (X. Əlizadənin oğlu - red.) bildi ki, çəkiliş meydançasına bizim Toppuşumuz, Tünzalənin nişanəsi olan Zəhra gəlib, dedi, apar onu görüm. Əlbəttə, apardım. Siz onların görüş anını görəydiniz. Allah bütün balaları saxlasın", – deyə aktrisa qeyd edib.
Xatırladaq ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən sonra yanvar ayında dünyasını dəyişib. 



Oxşar xəbərlər