
Cəmiyyət
17-04-2023, 13:01
1 146
Qaxda təhlükəli serena xəstəliyi yayılıb
Belə ki, bu xəstəliyə yoluxan arılar yeşiklərində deyil, açıq havada, yəni iş vaxtı tələf olurlar. Arıçılar bu xəstəliyin son illər ilk dəfədir ki, baş verdiyini bildirirlər.
20 ildir arıçılıqla məşğul olan Kamran Seydəli söyləyib ki, virusa görə təkcə onun təsərrüfatında ziyanın həcmi 25 faiz olub. Xəstəlik, əsasən, rayonun orta zolağına düşən hissədə özünü göstərib.
Kütləvi azalmaya məruz qalan arı təsərrüfatları əgər özlərini bərpa edə bilməsələr, bu vəziyyət bal qiymətlərinə də təsir edə bilər. Azalan məhsuldarlıq balın yüksək qiymətə satılma ehtimalını artırır.