Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
17-04-2023, 18:57
5 294

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Aprelin 18-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, 
Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilsə də, günün birinci yarısında qısamüddətə gilavar küləyinin arabir güclənməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Avtomobil yollarında vəziyyət
Aprelin 18-də ölkə ərazisində gecə və səhər dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.

Oxşar xəbərlər