Ermənistana qarşı sanksiya tətbiq oluna bilər?- Millət vəkilindən AÇIQLAMA
18-04-2023, 13:01
1 747

Ermənistana qarşı sanksiya tətbiq oluna bilər?- Millət vəkilindən AÇIQLAMA

“Ermənistan paytaxtında ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində bütün dünyanın gözü qarşısında çox ağır cinayət hadisəsi baş verdi”.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.
Onun sözlərinə görə, Azərbaycan bayrağının yandırılması ilə yanaşı sosial mediada yayılan görüntülərdə qardaş Türkiyə dövlətinin bayrağı da cırılmış vəziyyətdə olduğu göstərilir:
“Bu hadisə bir neçə nəticə çıxartmağa əsas verir. Birincisi, Ermənistanda faktiki olaraq islamafobiya, Azərbaycanafobiya, irqçilik dövlət siyasəti səviyyəsindədir. İkincisi, bu hadisə məqsədyönlü şəkildə baş verib. Bu cinayətin törədilməsində Ermənistan siyasi rəhbərliyinin “xeyir-dua”sı var. Üçüncüsü, İrəvan bu addımı ilə həm də beynəlxalq idman ictimaiyyətinə çox böyük hörmətsizlik nümayiş etdirib. Dördüncüsü, həmin proses onu da göstərdi ki, Ermənistan belə beynəlxalq yarışlara heç bir halda ev sahibliyi edəcək potensiala malik deyil”.
Deputatın sözlərinə görə, Ermənistana münasibətdə sanksiya rejimi işə salınmalıdır:
” Onun belə yarışlar keçirmək hüququ əlindən alınmalıdır. Azərbaycan bayrağını yandıran şəxs çox sərt formada hüquqi müstəvidə cəzalandırılmalıdır. Çünki o, idmançılarımıza qarşı fiziki terror hadisəsi də törədə bilərdi. Burada Ermənistanla yanaşı beynəlxalq idman ictimaiyyətinin də üzərinə böyük məsuliyyət düşür. Lakin hələ ki onlardan səs çıxmır. Belə ki, İrəvana qarşı hansısa formada tənqid səsləndirilməyib. Ermənistan bilməlidir ki, bu kimi hadisələr cavabsız qalmayacaq”.

Oxşar xəbərlər