Cəmiyyət
20-04-2023, 16:43
20 287
Paşinyan Laçında sərhədin bir hissəsinin müəyyənləşdiyini açıqlayıb
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvan və Bakının dövlət sərhəddinin Laçının Dığ kəndi yaxınlığındakı 5 km-lik mübahisəli hissəsinin bir hissəsini dəqiqləşdirdiyi açıqlayıb. Bu barədə baş nazir jurnalistlərə açıqlamasında bildirib.
"Bu zona 1,4 kilometr azalıb, bu o deməkdir ki, oradakı sərhəd dəqiqləşdirilib, yəni həm biz, həm də Azərbaycan tərəfi 1,4 kilometrlik hissəni razılaşdırmışıq”, - Paşinyan deyib.
Millət vəkili Elman Nəsirov deyir ki, Ermənistanın baş naziri hər dəfə doğru olmayan fərqli bəyanatlar verir.
"Paşinyan İrəvanda 2 auditoriya nəzərə alıb fərqli bəyanatlar verir. Dəfələrlə şahid olmuuq ki, gah Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyib, gah da Qarabağda təxribatlara imza atır. Ermənistanın informasiya maşını dezinformasiya ixrac etməklə məşğuldur.Azərbaycanın rəsmi qurumlarının açıqlamasını gözləməliyik. Ermənistanın baş naziri minalanlanmış ərazilərin xəritəsini də verəndə bildirmişdi 100 faiz dəqiq xəritədir. Sonradan məlum oldu ki, dqəqiqlik göstəricisi 25 faizə yaxındır. Bu kifayət edir ki, Paşinyana inanmayaq", - millət vəkili söyləyib.
Aprelin 11-də Laçının Dığ kəndi yaxınlığında iki ölkənin Ermənistan və Azərbaycanın silahlı qüvvələri arasında toqquşma baş verib. Ermənistan Müdafiə Nazirliyi 4 nəfərin öldüyünü, 6 nəfərin yaralandığını açıqlayıb. Azərbaycanın isə hadisə nəticəsində 3 hərbçisi şəhid olub, 4-ü yaralanıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamasına münasibət bildirməyib.