Azərbaycanda Ramazan bayramıdır
21-04-2023, 11:05
23 509

Azərbaycanda Ramazan bayramıdır

Bu gün və sabah Azərbaycanda Ramazan bayramıdır.
Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb.
Aprelin 9-u (Ramazanın 18-ci günü), 11-i (Ramazanın 20-ci günü), 13-ü (Ramazanın 22-ci günü) və 17-də (Ramazanın 26-cı günü) Qədr (Əhya) gecələri olub.
Hər il olduğu kimi, bayram namazı bəzi məscidlərdə saat 08:00-da, bəzilərində isə 09:00-da qılınacaq.
Qazılar Şurasının qənaətinə görə, Ramazan bayramında adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür.
Xatırladaq ki, bayramla əlaqədar 4 gün - aprelin 21, 22, 23 və 24-də qeyri-iş günləri olacaq

Oxşar xəbərlər