Sabah havanın tempuraturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
4-12-2020, 13:26
191

Sabah havanın tempuraturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti temperaturun enəcəyi ilə bağlı xəbərdarlıq edib.
Xidmətdən APA-ya verilən məlumata görə, dekabrın 5-dən 8-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.  
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 2-4 dərəcə aşağı enəcək.

Oxşar xəbərlər