Paylaşımda Azərbaycan müəlliminin bu müharibədən üzüağ çıxdığı qeyd olunur.
“Azərbaycan müəllimi bu müharibədən üzüağ, başıuca çıxdı. Həm özü şəhidlik zirvəsinə ucaldı, həm də yetişdirdiyi Vətən övladları bu adı haqq etdilər. Düşmənə dərs keçən müəllimlərimizi ehtiramla anırıq!”, - deyə açıqlamada vurğulanıb.
