“Azdrama”ya direktor əvəzi təyin olundu
1-05-2023, 14:05
7 949

“Azdrama”ya direktor əvəzi təyin olundu

Akademik Milli Dram Teatrına direktor əvəzi təyin olunub.
Teatrın direktorunun əmək funksiyalarının icrası İlham Əsgərova həvalə olunub.
Qeyd edək ki, İlham Əsgərov 1997-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır.
Xatırladaq ki, Akademik Milli Dram Teatrının bədii rəhbəri, direktoru və baş rejissoru Xalq artisti Azərpaşa Nemətov aprelin 9-da vəfat edib.
  • “Azdrama”ya direktor əvəzi təyin olundu

Oxşar xəbərlər