Masazırda yeni doğduğu körpəsini asfaltın üstünə atan anadan YENİ XƏBƏR
2-05-2023, 14:32
7 714

Masazırda yeni doğduğu körpəsini asfaltın üstünə atan anadan YENİ XƏBƏR

Abşeronda yeni doğduğu körpəsini küçəyə atan T. Əkbərovanın  cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib. İş hakim Sevinc Quliyevanın icraatına verilib.
Məhkəmənin hazırlıq iclası mayın 16-da keçiriləcək.
Qeyd edək ki, bu il yanvarın 18-ə keçən gecə Abşeron rayonu Masazır qəsəbəsində yeni doğulan körpənin meyiti küçəyə, asfaltın üzərinə atılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində körpəni küçəyə atan 24 yaşlı anası T. Əkbərova saxlanılaraq, istintaqa təhvil verilib.

Oxşar xəbərlər