Tanışını söydüyünə görə cərimələndi
4-05-2023, 11:26
1 666

Tanışını söydüyünə görə cərimələndi

Astarada həmkəndlisini söyən şəxs cərimələnib.
"Unikal"ın məlumatına görə, rayonun Şahağacı kənd sakinləri Rüstəm İbadovla (ad və soyadlar şərtidir) Məhərrəm Quliyev arasında dənizə atılan tor üstündə mübahisə yaranıb. Mübahisə zamanı Rüstəm həmkəndlisinin ünvanına ucadan söyüşlər söyüb, onu təhqir edib. 
Rüstəm barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib olunub, baxılması üçün məhkəməyə göndərilib.
Astara Rayon Məhkəməsinin qərarı ilə Rüstəm 50 manat məbləğində cərimə edilib.

Oxşar xəbərlər