Cəmiyyət
4-05-2023, 12:23
1 950
Sahibkarlıq sahəsində yoxlama zamanı xərclər yoxlayıcı tərəfindən ödəniləcək
Sahibkarlıq sahəsində yoxlama zamanı yaranan xərclər yoxlayıcı tərəfindən ödəniləcək.
Bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, sahibkarlıq sahəsində yoxlama zamanı götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi, onların saxlanılması, tədqiq (sınaq) edilən parametrlərin dəyişməz saxlanılması, daşınması, tədqiqi, alınmış nəticələr barədə məlumat verilməsi, məhsulun daha sonrakı satışı və ya utilizasiyası ilə əlaqədar yaranan xərclər yoxlayıcı orqan tərəfindən ödənilir.