Daha bir marşrut xətti "BakıKart" keçdi
5-05-2023, 15:12
6 997

Daha bir marşrut xətti "BakıKart" keçdi

Mayın 8-dən “Neftçilər” metrostansiyası – Yeni Günəşli qəsəbəsini əlaqələndirən 50 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib. Bununla da gündəlik bu marşrut üzrə orta hesabla 10 minə yaxın sərnişinin rahat gediş-gəlişi təmin ediləcək.
İş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək.
Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Oxşar xəbərlər