Milli parklarda gözlənilən hava şəraiti açıqlandı
5-05-2023, 15:15
7 021

Milli parklarda gözlənilən hava şəraiti açıqlandı

İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Samur-Yalama milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 7-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq.
Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 °isti, gündüz 15-18° isti olacaq.
Altıağac milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 07-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq.
Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-15° isti olacaq.
Ağgöl milli parkında hava şəraitinin mülayim, əsasan yağmursuz keçəcəyi, lakin 07-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13° isti, gündüz 20-25° isti olacaq.
Qızılağac milli parkında havanın sabit, əsasən yağmursuz keçəcəyi, lakin 07-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-25° isti olacaq.
Göygöl milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 07-də gündüz arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10° isti , gündüz 14-17° isti olacaq.
Şirvan milli parkında mülayim, sabit, əsasan yağmursuz hava şəraiti gözlənilir. Lakin 07-də gecəyə doğru yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 24-27° isti olacaq.
Hirkan milli parkında havanın sabit, əsasən yağmursuz keçəcəyi, lakin 07-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-25° isti olacaq.

Oxşar xəbərlər