Siyavuş Aslanın oğlunun ölüm səbəbi AÇIQLANDI - YENİLƏNİB
6-05-2023, 10:07
8 164

Siyavuş Aslanın oğlunun ölüm səbəbi AÇIQLANDI - YENİLƏNİB

Çingiz Siyavuşoğlu 27.04.2023-cü il tarixində Nəsimi rayonu ərazisindən çağırış əsasında TƏBİB-in tabeliyindəki Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən küçədən təxliyə olunub.
Apa xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, ona Kliniki Tibb Mərkəz, 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında, eləcə də Sabunçu Tibb Mərkəzində zəruri tibbi xidmətlər göstərilib.
Aparılan reanimasyon tədbirlərə baxmayaraq, 29.04.2023 tarixdə bioloji ölüm baş verib.
Ona infeksion hepatit, qaraciyər sirrozu, assit diaqnozları qoyulub.
Nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu şöbəsinə təhvil verilib.
22:43
Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslan vəfat edib.
O, bir neçə gün öncə dünyasını dəyişib.
Çingiz Aslanın nəşi hazırda Sabunçu rayonundakı Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyindədir.
Qeyd edək ki, Çingiz Aslan spirtli içki alüdəçisi idi.

Oxşar xəbərlər