Tikintidə işçiləri müqaviləsiz işlədənlərə 186 min manatlıq cərimə yazılıb
8-05-2023, 11:00
1 459

Tikintidə işçiləri müqaviləsiz işlədənlərə 186 min manatlıq cərimə yazılıb

Ötən il müvafiq sahədə hüquq pozuntularının qarşısının alınması məqsədilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən keçirilmiş yoxlamalarla 55 tikinti obyektində 75 nəfərin əmək və ya xidməti (mülki) müqavilə olmadan işlədiyi aşkarlanıb.
Bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında qeyd olunub.
Nəticədə bir işəgötürən fiziki şəxs barəsində toplanmış materiallar Baş Prokurorluğa göndərilib, daha 14-ü haqqında ümumilikdə 186.500 manat məbləğdə inzibati cərimə tətbiq edilib.

Oxşar xəbərlər