Əfv Sərəncamı 11 saylı Cəzaçəkmə Müəssisəsində icra olundu
8-05-2023, 12:48
7 724

Əfv Sərəncamı 11 saylı Cəzaçəkmə Müəssisəsində icra olundu

Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyinin 11 saylı cəzaçəkmə müəssisəsində icra edilib.
Müəssisədən 8 nəfər azadlığa buraxılıb. Onlardan biri Rusiya, 7 nəfəri isə Azərbaycan vətəndaşıdır.
Sərəncama əsasən, 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 24 nəfərin cəzası azaldılıb.

Oxşar xəbərlər