"Onların arzuları gözlərində qalacaq" - Prezident
10-05-2023, 16:36
6 668

"Onların arzuları gözlərində qalacaq" - Prezident

"Əfsuslar olsun, bu gün də elələri var ki, Azərbaycanı bu strateji layihədən kənarda qoymaq istəyirlər, amma onların arzuları gözlərində qalacaq".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərində Ümumilli Lider Heydər Əliyevin 100-cü ildönümündə xalqa təbrik müraciətində deyib. 
Ölkə rəhbəri bildirib ki, bu gün Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərindən birinə çevrilib: "Xatırlatmaq istəyirəm, məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinə dair çox böyük və mötəbər beynəlxalq konfrans keçirilmişdi. Məhz o illərdə bu gün “Orta Dəhliz” dediyimiz layihənin bünövrəsi qoyuldu – Avropa-Qafqaz-Asiya. Yəni, bu dəhlizin Azərbaycan ərazisindən keçməsi o illərdə şərtləndirildi. Halbuki bəziləri bunu istəmirdilər". 
Qeyd edək ki, bir neçə gün öncə Türkiyə müxalifəti Çinin "bir kəmər, bir yol" layihəsini özlərininki kimi təqdim etmişdilər. Sözügedən layihədə Azərbaycan dəhlizdən kənarda qalırdı. 

Oxşar xəbərlər