Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı hazırlanmış pul nişanlarının satışına başlanılıb
10-05-2023, 17:06
6 584

Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı hazırlanmış pul nişanlarının satışına başlanılıb

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ölkəmizin tarixində ilk dəfə olaraq tədavülə buraxılan və yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarının mayın 10-dan etibarən satışına başlanılıb.
Bu barədə AMB məlumat yayıb.
Beynəlxalq təcrübəyə uyğun olaraq bu pul nişanları uzunmüddətli investisiya aləti və əhalinin yığım vasitəsi kimi istifadə olunması məqsədilə yüksək əyarlı qızıldan hazırlanmış və buraxılış limitinə məhdudiyyət qoyulmadan tələbə uyğun istehsal edilərək tədavülə buraxılır. İnvestisiya məqsədli pul nişanları 1 troy unsiya (31,1 qram), 1/2 troy unsiya (15,55 qram), 1/4 troy unsiya (7,78 qram), 1/10 troy unsiya (3,11 qram) çəkilərdə tədavülə buraxılıb. Yubiley və investisiya məqsədli pul nişanları nominal dəyərləri ilə ölkə ərazisində qanuni ödəniş vasitəsidir.
ÇəkiMetalNominal, manatlaSatış qiyməti, manatla
1 troy unsiya (31,1 qram)qızıl1003752,03
1/2 troy unsiya (15,55 qram)qızıl501886,02
1/4 troy unsiya (7,78 qram)qızıl20990,51
1/10 troy unsiya (3,11 qram)qızıl10422,20
Yubiley və investisiya məqsədli pul nişanları Böyük Britaniyanın “The Royal Mint” şirkətində ən yüksək beynəlxalq standartlara uyğun istehsal edilib. Onların əsas dizayn elementləri kimi ön tərəfində ulu öndərin portretinin profil görüntüsü, imzası və “Heydər Əliyev” yazıları, arxa tərəfində isə “Azərbaycan Respublikası” sözləri, Dövlət Gerbinin təsviri, pul nişanının nominalı və milli naxışlar əks olunub.
Ölkəmizdə ilk dəfə olaraq tədavülə buraxılan investisiya məqsədli pul nişanlarının satışını və geri alışını Mərkəzi Bank həyata keçirəcək
Bu pul nişanlarının satışı Mərkəzi Bankın onlayn satış sistemi (https://coin.e-cbar.az/), Mərkəzi Bankın əhaliyə xidmət kassaları, eləcə də banklar vasitəsilə təmin edilir.

Oxşar xəbərlər