Bu gün şəhid olan hərbçimizin anası da faciəvi şəkildə vəfat edibmiş - YENİLƏNİB
11-05-2023, 13:13
1 015

Bu gün şəhid olan hərbçimizin anası da faciəvi şəkildə vəfat edibmiş - YENİLƏNİB

Ermənistan silahlı qüvvələri törətdiyi təxribat nəticəsində şəhid olan Novruzəlizadə Orxan Elxan oğlunun anası da faciəvi şəkildə vəfat edibmiş. 
"Unikal"ın əldə etdiyi məlumata görə, 1998-ci il təvəllüdlü şəhidin anası Novruzəliyeva Mətanət qatar vurması nəticəsində dünyasını dəyişib. Onun vəfatının bir ili tamam olmayıb. 
Şəhidin özündən başqa 2 bacısı və 1 qardaşı var. 25 yaşlı N.Orxan doğulduğu Ağstafa rayonunun Vurğun qəsəbəsində dəfn olunacaq. 

***12:08
Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.
Şəhidimizin fotosunu Müdafiə Nazirliyi yayıb.
Qeyd edək ki, Orxan Elxan oğlu Novruzəlizadə Ağstafa rayonundandır. 

Oxşar xəbərlər