Adları ilə məşhurlaşan dördəmin anası: “Yeddi il sonra dünyaya gəliblər”
11-05-2023, 13:36
1 020

Adları ilə məşhurlaşan dördəmin anası: “Yeddi il sonra dünyaya gəliblər”

“Dördəm olacağını eşidəndə çox həyəcanlandım. İnşallah, onları cəmiyyətə faydalı vətəndaş kimi yetişdirəcəyik”.
Bu sözləri jurnalistlərə açıqlamasında dördəmin anası 29 yaşlı Aynur Məmmədli Ədliyyə Nazirliyi tərəfindən uşaqların təntənəli surətdə sənədlərinin təqdim edilməsi mərasimində deyib.
O bildirib ki, dördəm ilk övladlarından yeddi il sonra dünyaya gəlib:
“Yoldaşımın da, mənim də ailələrimizdə əkizlər var. Uşaqların nənəsi özü də əkiztayıdır. Uşaqlar Perinatal Mərkəzdə dünyaya gəliblər. Mehriban, Heydər, İlham və Ərdoğan adlarını uşaqlara qayınatam qoyub”.
Ana deyir ki, uşaqların sağlamlığı qaydasındadır:
“Qızımın çəkisi 1,2 kiloqram, iki oğlum 1,3 kq, biri isə 1,4 kq-dır. Həkimlər hər şeyin yaxşı olduğunu deyirlər”.
Qeyd edək ki, ailə əslən Zəngilandandır, Bakıda, Xətai rayonunda yaşayır.

Oxşar xəbərlər