Yatmazdan öncə dişləri fırçalamamağın fəsadları - Mütləq oxuyun
12-05-2023, 14:05
1 086

Yatmazdan öncə dişləri fırçalamamağın fəsadları - Mütləq oxuyun

Hər kəs bilir ki, dişləri hər gün 2 dəfə hərəsi təxminən 2 dəqiqə olmaqla fırçalamaq lazımdır. Axşam isə bu, yatmazdan əvvəl edilməlidir.
Həkimlər bildirir ki, dişi fırçalayan zaman fırçanı dişlərə təxminən 45 dərəcə əyərək sürtmək məqsədəuyğundur. Sürtməni isə dairəvi şəkildə, arxadan önə doğru aparmaq məsləhət bilinir. Damaqlar da diş fırçası ilə sürtülməlidir.
Nəfəsin təmiz olması üçün dilin də yüngülvari fırçalanması məqsədəuyğundur. 
Bəs yatmazdan öncə dişləri fırçalamasaq nə baş verir?
Yenisabah.az dişləri fırçalamadan yatmağın zərərələrini və faydalarını təqdim edir:
Tüpürcək miqdarı ağız boşluğunun yumşaq toxumalarının və dişlərin səthi təmizlənməsi üçün çox vacibdir. Çeynəmə zamanı tüpürcəyimiz artır. Bu da ağız boşluğunun təmizlənməsinin bir hissəsidir. Ancaq gecə yatarkən tüpürcək ifrazatı azalır. Bu zaman dişlər müdafiəsiz qalır. 
1) Diş məcununun tərkibindəki flüor və digər qoruyucu maddələr dişləri gecə boyu qoruyur. 
2) Dişlərin ətrafındakı qida qalıqları bakteriyalar üçün qida mənbəyidir. Dişlər fırçalandıqda gecə boyu bakteriyaların dişə zərər vermə ehtimalı azalır. 
Gecə yatmazdan əvvəl dişlərimizi fırçalamasaq nə olar?
1) Qida qalıqları bakteriyalar üçün qidaya çevriləcək. Gecə boyu dişlərdə bakteriyalar artacaq, bu da çürüklərə səbəb ola bilər.  
2) Dişlər fırçalanmadıqda ağızda qoxu yaradan bakteriyalar qalır. Bu zaman səhər ağız qoxusu ilə oyanmış olacaqsınız.
3)  Ağız turşuları arta bilər, mədə problemi olanların dişləri isə gecə ərzində daha çox asit turşusu ilə yuyulacaq. Bu da dişlərin çürüməsinə səbəb olur.

Oxşar xəbərlər