“Gənclik” stansiyasının iş rejimində dəyişiklik ediləcək
12-05-2023, 16:54
6 466

“Gənclik” stansiyasının iş rejimində dəyişiklik ediləcək

Mayın 13-də Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq Azərbaycanın “Sabah” və Türkiyənin “Beşiktaş” klubları arasında xeyriyyə futbol matçı ilə əlaqədar arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyasının iş rejimində dəyişikliklər ediləcək.
Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, futbol görüşünə marağı nəzərə alaraq, Bakı metropoliteninin əməliyyat planı və bu arenada təşkil olunan kütləvi tədbirlərə uyğun, stansiya oyunun başlanma saatları ərəfəsində gücləndirilmiş iş qrafikində çalışacaq.

Oxşar xəbərlər